Çavuşoğludan ŞOK AÇIQLAMA: Bəzi NATO ölkələri müharibə istəyir
Facebook
Вконтакте
Одноклассники
Google+
“Brüsseldə keçirilən NATO xarici işlər nazirləri arasındakı görüşdə müharibənin davam etməsini istəyən qüvvələrin olduğunu müşahidə etdim”.
Telexeber.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu belə açıqlama verib. O bildirib ki, NATO-da bəzi dövlətlər Ukrayna müharibəsinin davam etməsini və Rusiyanın döyüşlərdə zəifləməsini istəyir.
Diplomatın sözlərinə görə, İstanbulda Rusiya və Ukrayna heyətləri arasındakı görüşdən sonra atəşkəsin əldə edilməsi üçün zəmin yaranmışdı. Lakin Ukraynadakı qətliam görüntülərinin yayılmasından sonra danışıqlarda çətinliklər yarandı.