Ruslar Xersondan buna görə çıxıb - Putinin inanılmaz planı
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya ordusunun müdafiə mövqelərini Xerson şəhərində Dnepr çayının sol sahilinə çəkməsi ilə bağlı maraqlı iddia ortaya atılıb.
Telexeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, Rusiya ordusu planlı şəkildə geri çəkilib. İddia edilir ki, rus qüvvələr geri çəkilərkən Xersondakı su bəndini zədələyib. Bu barədə məlumatları Xersona girən Ukrayna hərbçiləri və peykdən çəkilən görüntülər də təsdiq edir. İddia edilir ki, su bəndinə zədə yetirilməsinə səbəb bəndi dağılma təhlükəsi ilə üz-üz qoymaqdır. Rus ordusunun bəndə endirəcəyi bir raket zərbəsi bəndin uçmasına səbəb olacaq. Nəticədə yüz minlərlə insan həlak ola bilər.
Qeyd edək ki, Rusiya ordusu Xerson şəhərindəki müdafiə mövqelərini Dnepr çayının sol sahilinə çəkib. Bu barədə Rusiya ordusunun Ukrayna üzrə komandanı Sergey Surovikin Sergey Şoyqunun rəhbərliyi ilə keçirilən iclasda məlumat verib. Surovikin Ukrayna ordusunun su bəndinə hücumlarına diqqət çəkərək, daşqınların ola biləcəyini və bunun ciddi itkilərə səbəb olacağını ifadə edib. Surovikin buna görə də qüvvələrin geri çəkilməsini təklif edib. Şoyqu təklifi qəbul edərək bu barədə əmr verib. Bu Rusiyanın ilhaq edilmiş ərazilərdən ilk geri çəkilməsidir.