"Hər şey hazırdır Ərdoğanın əmrini gözləyirik" - Türkiyə həlledici zərbəni vurmağa hazırlaşır
Facebook
Вконтакте
Одноклассники
Google+
“Türkiyə ordusu Suriyanın şimalında quru əməliyyatlarına başlamaq üçün hazırdır”.
Telexeber.az xəbər verir ki, bu barədə türkiyəli rəsmi Röyters agentliyinə açıqlama verib. O bildirib ki, hərəkatın başlaması uzaqda deyil. Rəsminin sözlərinə görə, hər şey Prezident Rəcəb Tayyib Ərdoğanın qərarına bağlıdır. “Bütün hazırlıqlar başa çatıb, sadəcə siyasi qərarın gəlməsi qalıb” deyən rəsmi nümayəndə bildirib ki, Türkiyə ordusunun məqsədi Mənbic, Kobani və Tel Rıfatı terrorçulardan təmizləməkdir.
Qeyd edək ki, İstanbulda törədilən terror aktından sonra Türkiyə ordusu Suriya və İraqda hava əməliyyatlarına başlayıb.