Rusiya Ermənistan Təhlükəsizlik Şurasının katibini təxribatçı adlandırdı
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı təxribatçı adlandırıb.
Telexeber.az-ın xəbərinə görə, D.Peskov Ermənistanın "NEWS.am” saytına açıqlamasında A.Qriqoryanın fikirlərinə münasibət bildirib.
“Bu bəyanat həqiqətə uyğun olmayan təxribat sayıla bilər”, - Kreml sözçüsü vurğulayıb.
D.Peskovun sözlərinə görə, A.Qriqoryanın fikirləri həqiqətə uyğun deyil: “Rusiyanın rəsmi şəxslərindən heç kim, heç bir vasitə ilə Ermənistan tərəfə bu barədə bir söz deməyib”.
Xatırladaq ki, A.Qriqoryan “Azadlıq” radiosuna müsahibə verib. O deyib ki, Rusiya Ermənistanın strateji müttəfiqidir. Təhlükəsizlik Şurasının katibi daha sonra əlavə edib ki, Rusiya Ermənistanı öz suveren ərazisindən Azərbaycana dəhliz verməyə və yaranmaqda olan Rusiya-Belarus ittifaq dövlətinə qoşulmağa məcbur edir.