İndiki dovürdə ya sözü keçən adamın olmalıdı,yada ki,ən azından özünü idarə edəcək dərəcədə qanunlardan anlayışın olmalıdır ki,Bakı Şəhər Dövlət Yol Polisi əməkdaşları, vətəndaşı adamlıqdan çıxarmasın.
Baş vermiş hadisəni sizlərə danışsam, inanın ki,ən azında mənim kimi gülmək krizinə düşərsiniz.Belə ki,İyulun 14-ü Bayıla tərəf gedəndə Lökbatan kruquna yaxın ərazidə 24 BF 028 (015 markalı minik avtomobili) nömrəli avtomobili arxa purjinin kəsilməsi ilə əlaqədar, Şəhər yol polisi əməkdaşları tərəfindən saxlanılmışdır.Avtomobili əvvəlcə cərimə meydançasına aparmaq istəyən polis əməkdaşı,sonradan qərara gəlir ki,avtomobildə ailə var,elə bu səbəbdəndə sürücülük vəsiqəni və avtomobilin sənətlərini özündə saxlayır.Sürücü Rüstəmli Kamranada qeyd olunur ki: Heçbir cərmə tətbiq olunmur,səhər Şəhər qayısına yaxınlaşarsan (20-ci otağa)orda məsələni həll edib sənədlərini götürərsən.
Məni bir sual maraqlandırır ki,yerində cərimələnməyən vətəndaşın işi necə olur ki,20-ci otaqda öz həllini tapır?
Elə bu səbəbdəndə sürücü Kamranla,mətbuat işçisi olaraq məndə getdim.Əlbəttə ki,getməmişdən öncə avtomobilin cərməsini yoxlatdırdım və məlum oldu ki, cəriməsi yoxdur.
İyulun 16-sı Şəhər qayısında 20-ci otağa yaxınlaşdıq,sürücü ilə birgə içəri daxil olub özümü təqdim etdim.20-ci otağın kreslosunda əyləşən Xeyrulla Cəlilov məni otaqdan çıxardaraq sürücü ilə təkbətək qalmaq istədi.Çox keçmədi ki, sürücüdə otaqdan çıxdı və bildirdi ki, avtomobilin purjinini dəyişib və dəyişilməsi haqqında sənət gətirməlisən.Ondan sonra 150 manat cəriməni yerində ödəyib sənətləri götürə bilərsiniz.Biz purjini dəyişmişdik,zatən orda helədə bir böyük fərq yox idi.Sadəcə bir diş kəsilmişdir,onuda sürücü avtomobili yeni aldığı üçün xəbərsiz olub.
20 ci otağın kreslosunda əyləşən Xeyrulla Cəlilov,uzun minnət və xahişdən sonra razılıq verdi ki: Cərimə meydançasına yaxınlaşın, deyərəm sizə purjinin dəyişilməsi haqda sənət verərlər.
Biz qeyd olunan yerə yaxınlaşdıq (cərimə meydançasına) məsələni izzah etdik,bizə bildirildi ki,qeyd olunan sənəti o halda verə bilərəm ki,avtomobil cərimə meydançasına daxil olsun və qeydiyata düşsün.
Belədə etdik,yalnız bizim bu addımımızdan sonra qapılar üzümüzə bağlandı,sanki tələyə düşdük.Bu tələdən ancaq bir yolla çıxa bilərdik,oda Xeyrulla Cəlilovdan buraxılış haqqında arayış almaqla.Artıq sənətlərimiz kimi avtomobilimizidə bunlara təslim etdik.İtirə- itirə gedirik.
Taksi saxlayıb 20-ci otağa yollandıq,qapını açar açmaz Xeyrulla bəy bildirdi ki,Vaqif Əsədov bu məsələ ilə bağlı bura gələcək.Biz xeyli bir müddət gözlədikdən sonra, Vaqif müəllim bildirdi ki:Məsələdən indi xəbər tutmuşam, 20-ci otağa yaxınlaşıb, arayış alıb, avtomobili çıxara bilərsiniz.
Arayışı alıb nəhayət yaxılaşdıq cərimə meydançasına,avtomobili buraxmaq üçün bizdən 5 manat,pujinə görə sənətin yazılmasınada 5 manat tələb olundu.Ödəniş etdik,bizə heçbir çek təqdim olunmadı.
Nəhayət sənətlərimizidə aldıq,avtomobilimizədə təkrar qovuşduq.Purjin macərasında 2 saat sonra sms ilə 150 manat cərimə gəldi.