Vasif Talıbovun oğlu tutduğu vəzifədən azad edilib? - FOTO

Vasif Talıbovun oğlu tutduğu vəzifədən azad edilib? - FOTOXəbər verdiyimiz kimi, ötən gün sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Seymur Talıbovun vəzifəsindən azad edildiyi barədə məlumat yayılmışdı.

Məsələ ilə bağlı universitetlə əlaqə saxlamışdıq. Bildirilmişdi ki, bu barədə heç bir rəsmi məlumat yoxdur.

Telexeber.az xəbər verir ki, hazırda universitetin rəsmi saytında Seymur Talıbovun adı və haqqında məlumat həmin bölmədə - beynəlxalq əlaqələr üzrə prorektorluqda yoxdur.

Yenidən Naxçıvan Dövlət Universiteti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı .
Vasif Talıbovun oğlu tutduğu vəzifədən azad edilib? - FOTO
Популярный ролик