Vasif Talıbovun istefasından sonra Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə canlanma müşahidə olunur.
Telexeber.az lent.az-a istinadən xəbər verir ki, Naxçıvan sakinləri sosial şəbəkələrdə paylaşımlar edərək V.Talıbov vəzifədə olduğu zaman tətbiq etdiyi qadağaların aradan qalxdığını, biznes və sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanların rahat nəfəs aldığını qeyd edirlər.
Sakinlərdən biri qeyd edir ki, V.Talıbovun zamanında Muxtar Respublikaya ucuz qiymətə olan elektrik lampalarının gətirilməsi və satışı qadağan idi. O vəzifədən getdikdən dərhal sonra həmin lampaların satışına start verilib. Hazırda Naxçıvanın bütün ticarət yerlərində onlardan tapmaq mümkündür.
Qeyd edək ki, dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov istefa verib.
Dekabrın 22-də isə Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.