Gəncədə ağır qəza - Xəsarət alanlar var
- 12.06.2026, 10:56,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Telexeber.az Qafqazinfo-ya istinadən xəbər verir ki, şəhər ərazisindəki qəzada Daşkəsən rayon sakinləri, 1970 ci il təvəllüdlü Çərkəz Qasımov və 1948-ci il təvəllüdlü Tahir Bağırov xəsarət alıblar.
Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırmalara başlanılıb.

