Gecənin oyunu: İngiltərə qalib gəldi

Futbol üzrə dünya çempionatında İngiltərə Norveçə qalib gəlib.
Telexeber.az xəbər verir ki, Mayami stadionunda keçirilən matçda ingilislər 2:1 hesablı qələbə qazanıblar.

Maçtın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qalib hər biri 15 dəqiqədən ibarət əlavə hissələrdə müəyyənləşib.

İngilislərin heyətində Cud Bellinqem (45+2, 93) dubl edib. Skandinaviyalıların tək qolu isə Andreas Şelderuldan (36) gəlib.

Qeyd edək ki, İngiltərə seçməsi yarımfinalda Argentina - İsveçrə cütünün qalibi ilə qarşılaşacaq
Популярный ролик