ABŞ səfiri Xocalı soyqırımı ilə bağlı başsağlığı verdi

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libby Xocalı soyqırımının il dönümü ilə bağlı Azəraycan xalqına başsağlığı verib.

Telexeber.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakə səfirliyinin "Facebook" hesabında paylaşım edilib.


"Bu gün biz azərbaycan xalqının kədərini paylaşaraq, 1992-ci ildə Xocalıda qətlə yetirilən yüzlərlə insanın xatirəsini yad edirik. Mən ABŞ-ın adından Xocalıda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm və Xocalıdan olan məcburi köçkünlərin kədərini bölüşürəm. Regionda sülh naminə çalışmaq və bu kimi faciələrin bir daha təkrarlanmamasını təmin etmək bizim borcumuzdur", - amerikalı diplomat bildirib.
Популярный ролик