Prezidentin yüksək vəzifə verdiyi Mehriban İmanova kimdir? - DOSYE

Prezidentin yüksək vəzifə verdiyi Mehriban İmanova kimdir? - DOSYEBu gün Prezident İlham Əliyev Mehriban Natiq qızı İmanovanın Azərbaycan Elm Fondunun İcraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Telexeber.az Elm Fondunun İcraçı direktorunun dosyesini təqdim edir:


Mehriban Natiq qızı İmanova 1977-ci ildə Bakı şəhərində anadan olub. O, 1995-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olub və 2001-ci ildə oranı (Hesablama riyaziyyatı ixtisası) fərqlənmə diplomu ilə bitirib.

2003-2007-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin aspirantı olub. 2001-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasında baş laborant olaraq əmək fəaliyyətinə başlayıb.

2010-cu ildə namizədlik dissertasiya işini müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2009-cu ildən Hesablama riyaziyyatı kafedrasında müəllim, 2016-cı ildən dosent vəzifələrində çalışıb.

M.N. İmanova 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Mehriban İmanova ailəlidir, iki övladı var.
Популярный ролик