Ərdoğandan Polşaya düşən raketlərlə bağlı açıqlama
Facebook
Вконтакте
Одноклассники
Google+
“Polşaya raketin düşməsi texniki səhv nəticəsində və ya digər səbəblərə görə ola bilər”.
Telexeber.az xəbər verir ki, İndoneziyada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuat konfransında belə deyib. Ərdoğan ABŞ Prezidenti Co Baydenin açıqmasını xatırladaraq qeyd edib ki, ABŞ lideri də raketlərin Rusiya istehsalı olmadığı barədə açıqlama verib. Ərdoğanın sözlərinə görə, Türkiyə Rusiya və Ukraynanı danışıqlar masasına əyləşdirmək üçün səylərini davam etdirir.
Qeyd edək ki, amerikalı nümayəndə "Associated Press" agentliyinə açıqlamasında Polşanın Ukrayna ilə sərhəddə yerləşən Przevodov kəndinə Rusiyaya məxsus raket düşdüyünü bildirib. O iddia edib ki, raket hücumu nəticəsində 2 nəfər həlak olub. Raketin hansı istiqamətdən atıldığı hələlik məlum deyil.
Hadisədən dərhal sonra Polşanın Milli Təhlükəsizlik Komitəsinin təcili iclası çağırılıb. Pentaqondan isə məsələnin araşdırıldığı barədə açıqlama verilib. "Spekulyasiya etmək istəmirik. Lakin bizim NATO-nun hər bir qarışını qorumaq barədə mövqeyimiz qətidir" - açıqlamada deyilir.