Polşaya raketi bu ölkə atıb: Rusiya deyil... - ABŞ-dan ŞOK AÇIQLAMA
Facebook
Вконтакте
Одноклассники
Google+
“İlk nümunələr Polşaya düşən raketin Ukrayna ordusu tərəfindən atıldığını göstərir”.
Telexeber.az xəbər verir ki, ABŞ-ın yüksək rütbəli nümayəndələri “Associated Press” agentliyinə açıqlamasında belə deyib. Araşdırmalara görə, Ukrayna ordusu Rusiyanın atdığı raketlərin qarşısını almaq üçün havaya mərmilər buraxıb. Nəticədə onlardan bir neçəsi hədəfi vura bilməyərək Polşaya düşüb.
Qeyd edək ki, amerikalı nümayəndə "Associated Press" agentliyinə açıqlamasında Polşanın Ukrayna ilə sərhəddə yerləşən Przevodov kəndinə raket düşdüyünü bildirmişdi. Raket hücumu nəticəsində 2 nəfər həlak olub.
Hadisədən dərhal sonra Polşanın Milli Təhlükəsizlik Komitəsinin təcili iclası çağırılıb.