Polşaya düşən raketlə bağlı rəsmi açıqlama "Rusiya istehsalıdır"
- 16.11.2022, 11:37,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+
Polşa Xarici İşlər Nazirliyi Rusiya istehsalı olan raketlərin Polşa ərazisinə düşməsi ilə bağlı açıqlama yayıb.
Telexeber.az xəbər verir ki, Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev izahat üçün Polşa XİN-ə çağırılıb.
"Noyabrın 15-də bir neçə saat ərzində Rusiya Federasiyasının silahlı birləşmələri tərəfindən Ukraynanın bütün ərazisinin və onun infrastrukturunun kütləvi şəkildə atəşə tutulması müşahidə olunub. Saat 15:40-da Pşevoduv kəndinə Rusiya istehsalı olan raket düşüb. Hadisə nəticəsində iki Polşa vətəndaşı ölüb", - açıqlamada qeyd olunub.
Qeyd edək ki, dünən Rusiyanın Ukraynaya etdiyi genişmiqyaslı raket hücumundan sonra bir neçə mərminin Polşa ərazisinə düşdüyü güman edilir. Hadisə nəticəsində 2 nəfər həlak olub.